15 Sentyabr 2025 / 19:28

Prezidentlər prezident kimi doğulurlar, sonradan yaranmırlar – Lukaşenko

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanın “Razvedçik” jurnalına müsahibəsində deyib ki, prezidentlər prezident kimi doğulurlar, sonradan yaranmırlar.

“Təvazökarlığıma görə üzr istəyirəm, amma mən dəfələrlə demişəm ki, prezidentlər olmur, prezidentlər doğulur. Söhbət insan böyüdükcə “candan, torpaqdan” getdikcə, vətənə, xalqa şüurlu sevgidən, çətin anda dövlət üçün məsuliyyət götürməyə, həmvətənlərinin etimadını doğrultmaq üçün hər şeyi etməyə hazır olmasından gedir”, – o deyib.

Qeyd edək ki, fevralın 3-də Belarusun Mərkəzi Seçki Komissiyası prezident seçkilərində Aleksandr Lukaşenkonun qələbəsini təsdiqləyib. Hazırkı dövlət başçısı 86,82% səs toplayıb ki, bu da Lukaşenkonun prezidentliyinin bütün dövrü üçün rekord göstəricidir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!