16 Sentyabr 2025 / 07:45

BSU- da “Bilik günü” belə qeyd edildi- FOTOLAR

Dünən sentyabrın 15-də Bakı Slavyan Universitetində müəllimlərin, tələbələrin və valideynlərin iştirakı ilə “Bilik günü” tədbiri keçirilib. Bu barədə Rektor Anar Nağıyev özünün sosial media platformasında yazıb. Sitat: “…Hər iki tədris binasında ilk dərslərdə iştirak etdik, BSU nəzdnində olan Məktəb-lisey kompleksində dərslərin təşkili vəziyyəti ilə tanış olduq. Birinci tədris ilində təhsil alan 11 nəfər tələbəmizə “Regionlardan olan qızların təhsilinin dəstəklənməsi”, “İbtidai sinif və xarici dil müəllimliyi ixtisaslarında oğlanların iştirakına dəstək” və “Yeni dövrün gəncliyi” adlı təqaüd proqramlarının sertifikatları təqdim edildi. Adlı təqaüdləri qazanmış tələbələr aylıq ödənişlərlə yanaşı, Albaniya, Bolqarıstan, Polşa və ya Özbəkistanda yerləşən tərəfdaş universitetlərdə mübadilə proqramlarında iştirak edəcəkdir. Bütün həmkarlarımın və tələbələrimizin yeni tədris ilini təbrik edir, hər birinə uğurlar arzulayıram!”.
Xatırladırıq ki, Bakı Slavyan Universitetinə bu ilki tələbə qəbulu maksimum təmin edilmişdir. Bu, həm də gənclərin məhz Bakı Slavyan Universitetinin uğurlarını dəstəkləməklə, burada təhsil almaq istəklərinin gerçəkləşməsi deməkdir!
Y.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!