16 Sentyabr 2025 / 15:08

Rusiya məktəblərində bu il 20,7 min miqrant uşağına rədd cavabı verildi

Ölkənin Təhsil Nazirliyində isə problemin həll yolu yoxdur…

«Rosobrnadzor» bu gün belə bir rəqəm paylaşıb: bu il 20 652 əcnəbi uşaq rus dilini kifayət qədər yaxşı bilmədiyi və ya ümumiyyətlə bilmədiyi üçün rus məktəblərinə qəbulundan imtina edilib. Tezadlar.az E1.ru portalına istinadla bildirir ki, Rusiya hökumətinin bu uşaqlarla bağlı nə edəcəyi barədə heç bir konkret addımı yoxdur.

Maraqlıdır ki, əvvəllər belə hal olmayıb, yəni miqrantlara qarşı bu cür sərt qərar verilməyib. Bəs indi nə baş verib? Rusiya Təhsil Nazirliyinin məlumatlarına müraciət edərək belə bir rəqəmlə rastlaşdıq: bir il əvvəl rus məktəblərində 179 min əcnəbi uşaq təhsil alırdı. «Əgər kimsə hesab edirsə ki, ölkənin bütün məktəblərini şagirdlərlə doldurublar və guya sinif siyahılarında artıq yer qalmayıb, bu doğru deyil. 179 min şagird ölkədəki bütün rus məktəblilərinin bir faizi də deyil, 0,98 faizidir! Milli kontekstdə yanaşılsa, rus məktəblərində güclü dizbalans var: bütün əcnəbi tələbələrin demək olar ki, 38%-i Tacikistandandır. 17%-i Özbəkistandan, 15%-i Qırğızıstandan. Sankt-Peterburqda, yeri gəlmişkən, bir az fərqlidir: Tacikistan – 30%, Özbəkistan – 27%, Qırğızıstan – 11%. Amma problem ondadır ki, bu uşaqları məktəbə göndərməkdən boyun qaçıran hakimiyyət bunun əvəzində heç nə təklif etməyə belə cəhd etməyib. Əslində, dövlətin mövqeyi uşaqları necə öyrətmək, necə böyütmək barədə qərar verməkdən ibarət olmalıdır…», -müəllif yazır.

Xatırladırıq ki, Rusiya Təhsil Nazirliyinin rəsmi məlumatına görə, hazırda ölkənin orta məktəblərində 10679 şagird təhsil alır.

Beləliklə, Rusiya hökuməti Ukrayna ilə müharibədə pərtliyinin əvəzini miqrat uşaqlardan çıxır. Bunu biz demirik, real vəziyyət belə diqtə edir…

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!