16 Sentyabr 2025 / 15:36

Ramzan Kadırov Alla Puqaçovanı niyə “xalq düşməni və satqın” adlandırdı???

Ramzan Kadırov Alla Puqaçovanı “xalq düşməni və satqın” adlandırıb. Tezadlar.az E1.ru-ya istinadla bildirir ki, buna səbəb Puqaçovanın müsahibəsində Cövhər Dudayevi “mədəni, ziyalı və yaraşıqlı insan” kimi yad etməsidir. Söhbət Puqaçovanın 10 sentyabrda jurnalist Katerina Qordeyeva ilə YouTube-da yayımlanan üçsaatlıq müsahibəsindən gedir. O, birinci çeçen müharibəsini yada salaraq Dudayevi çox mədəni, hörmətli və gözəl insan kimi təsvir edib. Hətta onun xanımından da heyranlıqla danışıb: “Rəssam, yazıçı, siyasətçi… Mənə zəng edirdi, elə bilirdi, guya kömək edə bilərəm. Amma heç nə edə bilmədim. İndi isə sadəcə utanıram”.
Çeçenistan lideri Ramzan Kadırov isə deyib ki, Dudayevin necə biri olduğunu ən yaxşı çeçenlərin özündən soruşmaq lazımdır. Onun sözlərinə görə, Dudayevin ambisiyaları və xalqın problemlərinə biganə qalması Çeçenistanda quldurluğun artmasına və tam iqtisadi çöküşə gətirib çıxarıb.
Kadırov həm də əlavə edib ki, “xalq düşməni və satqın” adlandırdığı Puqaçova çeçenlər üçün ən ağır illər barədə boş-boş fikirlər yürütməməlidir.
Bu da Kadırovun mövqeyi…
Elbar
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!