16 Sentyabr 2025 / 20:21

Xalq artisti Nazpəri Dostəliyeva İlhamə Quliyevanın məzarını ziyarət etdi

Xalq artisti Nazpəri Dostəliyeva uzun illər münasibətləri gərgin olan mərhum sənətçi İlhamə Quliyevanın məzarını ziyarət edib.

Tezadlar.az xəbər verir ki, həmin görüntülər “Rəngarəng” adlı verilişdə yayımlanıb.

Veriliş çərçivəsində Nazpəri Dostəliyeva İlhamə Quliyevanın bacısı Gülbahar xanımla da görüşüb. Gülbahar xanım mərhum sənətkarın simvolik tacını Nazpəriyə hədiyyə edib.

Studiyada tacın Nazpərinin başına qoyulması təklif olunsa da, o, bu fikrə qarşı çıxıb. Tac başına taxıldıqdan sonra isə sənətçi onu dərhal çıxarıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!