17 Sentyabr 2025 / 13:03

Lavrov BMT-ni Ukrayna cinayətlərinə məhəl qoymamaqda ittiham edib

BMT Ukraynanın beynəlxalq humanitar hüququ pozmasına göz yumur.

Tezadlar.az RİA Novosti-yə xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Burada BMT Katibliyi əks mövqe tutur və Kiyev rejiminin hərəkətlərini ört-basdır etməyə çalışır”, – diplomat bildirib.

Eyni zamanda, Lavrov vurğulayıb ki, onun fikrincə, Ukraynanın beynəlxalq humanitar hüququ pozması “o qədər açıqdır” ki, onları inkar etmək olmaz.

Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri bildirmişdi ki, Rusiya tədricən “dost olmayan ölkələr” ifadəsindən uzaqlaşmağa çalışır. “Biz yavaş-yavaş “dost olmayan ölkələr” terminindən uzaqlaşırıq, baxmayaraq ki, bu, qanunvericilikdə qalır”, – diplomat qeyd edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!