Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Bəli, ABŞ administrasiyası Kiyevin NATO-ya cəlb edilməsi də daxil olmaqla, Ukrayna münaqişəsinin əsas səbəblərini aradan qaldırmağın zəruriliyini anlayır”. Tezadlar.az “Ria Novosti”yə istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib. Onun sözlərinə görə, amerikalılar başa düşürlər ki, Krım, Donbass və Novorossiya sakinləri heç vaxt indiki Kiyev hakimiyyətinin boyunduruğu altında yaşamayacaqlar: “ABŞ Ukraynada insan hüquqlarının pozulmasının qəbuledilməz olduğunu başa düşür”.
Nazir əlavə edib ki, Avropa və Kiyev Trampı sülhməramlı səylərdən əl çəkməyə və Ukrayna nizamlanmasını pozmağa məcbur etməyə çalışır. O, Avropa liderlərini heç bir şeyə cavabdeh olmayan, lakin özlərini böyük fiqur kimi göstərməyi sevən İlf və Petrovun qəhrəmanları ilə müqayisə edib. Lavrov xatırladıb ki, Ukrayna ərazisindəki sülhməramlılar mahiyyətdə “işğal qoşunları”dır və Rusiya hərbçiləri üçün qanuni hədəf olacaqlar.