Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Növbəti iki gün ərzində Bakıda və rayonlarda leysan yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Tezadlar.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 18-dən 19-na keçən gecə və 19-u axşam, 20-si gün ərzində bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. 19-u axşamdan 20-si səhərədək isə yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.
Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraitinin sentyabrın 21-i axşamadək davam edəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimal olunur. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir.
Əsas odur ki, sabahkı yağış və küləyə hazır olmalıyıq ki, sonra istlanmayaq, təbiətdən inciməyək!
Rövşanə