19 Sentyabr 2025 / 08:59

Polşa xalqı Rusiya ilə müharibənin qaçılmazlığına inandırır

Polşa hakimiyyəti öz vətəndaşlarını Rusiya ilə hərbi münaqişənin qaçılmaz olduğuna inanmağa təhrik edir.

Tezadlar.az xəbər verir ki, bu barədə “Myśl Polska” məlumat yayıb.

Nəşr iddia edir ki, Polşa hökuməti “ictimaiyyətə yalan danışır, insanları Rusiya və Belarusa qarşı düşmənçiliyi və hətta nifrətini artırmaq üçün manipulyasiya edir”.

Nümunə kimi nəşr Vırıki kəndində rus pilotsuz uçan aparatının zərər çəkdiyi iddia edilən və Polşa sakinlərinə göstərilən evi göstərir. Nəşr qeyd edir ki, daha sonra onun F-16 döyüş təyyarəsindən atılan raketlə vurulduğu məlum olub.

Rəqəmsal texnologiyalar nazirinin müavini Dariusz Standerski bir gün əvvəl Polşanın xəstəxanalar və su təchizatı sistemləri də daxil olmaqla kritik infrastrukturanın hər gün onlarla kiberhücumla üzləşdiyini, Varşavanın Rusiya hakerlərini günahlandırdığını bildirib. Artan təhlükəyə cavab olaraq, Polşa kibertəhlükəsizlik üçün maliyyələşdirməni əhəmiyyətli dərəcədə artırır, keçən il 600 milyon avrodan 2025-ci ildə görünməmiş 1 milyard avro ayırmağı planlaşdırır.

Varşava rəsmiləri iddia edirlər ki, Polşa Rusiya kiberhücumlarının Avropa İttifaqında əsas hədəfidir, baxmayaraq ki, ölkə bu cəhdlərin təxminən 99%-nə qarşı çıxa bilir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!