19 Sentyabr 2025 / 10:17

Venesuela parlamenti Rusiya ilə strateji tərəfdaşlıq sazişini təsdiqləyib

Venesuela Milli Assambleyası (parlamenti) Rusiya ilə strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında sazişi birinci oxunuşda yekdilliklə təsdiqləyib.

Tezadlar.az xəbər verir ki, bu barədə Milli Assambleyanın spikeri Xorxe Rodrigez Venezolana de Televisión telekanalının yayımladığı parlamentin plenar iclasında bildirib.

“Venesuela Bolivar Respublikası ilə Rusiya Federasiyası arasında Strateji Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi haqqında qanun layihəsinin birinci oxunuşda təsdiq edilməsini dəstəkləyən hörmətli parlament üzvləri, adi qaydada səs vermənizi xahiş edirəm”, – deyə Rodrigez təklif edib və “qərar yekdilliklə qəbul edilib”.

2025-ci il mayın 7-də Rusiya Prezidenti Vladimir Putin və Venesuela Prezidenti Nikolas Maduro Moskvada iki ölkə arasında siyasi və iqtisadi sahələrdə, o cümlədən enerji, mədənçilik, nəqliyyat, kommunikasiyalar, eləcə də təhlükəsizlik, terrorizm və ekstremizmə qarşı mübarizə sahələrində qarşılıqlı fəaliyyət və əməkdaşlığı genişləndirən Strateji Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi imzalayıblar.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!