19 Sentyabr 2025 / 20:48

Tim Börtön və Monika Belluççi ayrıldı

Hollivudun ən məşhur cütlüklərindən biri – Tim Börtön və Monika Belluççi ayrıldıqlarını açıqlayıblar. 

Tezadlar.az xarici mediaya istinadla xəbər verir ki, onların sevgi romanı 2 il davam edib.

Cütlük münasibətləri bir-birinə tam hörmətlə bitirib. Lakin başqa detalları açıqlamaqdan imtina ediblər.

“Monika Belluççi və Tim Börtön böyük hörmət və dərin qayğı ilə yollarını ayırmağa qərar verdilər”, – onlar bildiriblər.

Tim Börtön və Monika Belluççinin münasibətləri

Börtön və Belluççinin romansı haqqında ilk dəfə 2023-cü ildə, onların münasibətlərini rəsmi şəkildə təsdiqlədikləri zaman məlum olub. Məhz həmin vaxt kult rejissor aktrisaya 1988-ci ildə ilk dəfə ekranlara çıxan “Bitldjus” filminin davamında rol təklif edib. Monika orada qisas almağa çalışan pis ruh – Dolores obrazını canlandırıb.

Tim Börtönlə münasibətlərdən əvvəl Monika Belluççi 14 il fransız aktyor Vensan Kassellə evli olub və onların iki övladı böyüyüb.

67 yaşlı Börtön isə 2014-cü ilə qədər britaniyalı aktrisa Helena Bonem Kartrlə uzunmüddətli münasibətdə olub. Onların da iki uşağı var.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!