Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bəzi insanlar evlərini sadəcə gecələmə və istirahət yeri kimi qəbul edir. Digərləri isə əksinə.
Tezadlar.az xarici mediaya istinadla xəbər verir ki, psixoloqların fikrincə, evdəki müəyyən əşyalar insanın intellekt səviyyəsi barədə çox şey deyə bilər.
Əgər evdə zəngin kitab polkaları varsa və burada bədii ədəbiyyat, publisistika, elm və incəsənətə aid əsərlər yer alırsa, bu, sahibinin yüksək intellekt göstəricisi hesab olunur.
Rəsmlər, heykəlciklər və maraqlı dekor əşyaları geniş dünyagörüşə işarədir. Psixoloqlar bildirirlər ki, incəsənətə maraq hər zaman savadlılığın əlaməti olub.
Yüksək intellektli insanlar yalnız işlə kifayətlənmir, əlavə məşğuliyyətlərə də vaxt ayırırlar. Modelləşdirmə, toxuculuq, rəsm və ya başqa hobbilər insanın inkişaf etmək istədiyini göstərir.
Krossvord, sudoku, Rubik kubu və digər baş sındırıcı tapmacalara maraq da intellektin göstəricisi sayılır. Belə insanlarla söhbət həmişə maraqlı olur.
Çiçəklərə qulluq edən şəxs qayğıkeş və məsuliyyətli olur. Evində müxtəlif bitkilər yetişdirən insan həm də bioloji marağa sahib olur.
Gitara, pianino və ya keyfiyyətli musiqi sistemi də ev sahibinin zövqlü və intellektual biri olduğunu göstərir.
Ağıllı insanlar fikirlərini itirməmək üçün tez-tez dəftərlərə yazır. Belə qeydlər sadəcə siyahı yox, dərin düşüncələrin əksi olur.
Stolüstü oyunlara maraq intellektual əyləncəyə üstünlük verildiyini göstərir. Bu, insanın düşünmə və analiz qabiliyyətini gücləndirən məşğuliyyətlərdəndir.
Ağıllı insanlar çayı rituala çevirir, nadir çay növləri və xüsusi dəstlərlə təqdim etməyə üstünlük verirlər.
Ən vacib nüans isə evin təmizliyidir. Psixoloqlar bildirir ki, istər yaradıcı qarışıqlıq, istərsə də pedantik səliqə olsun – ağıllı insanlar çirk və xaosa dözmürlər.