20 Sentyabr 2025 / 10:57

Neftçilər Xəstəxanasında göydən daş yağdı: avtomobil yararsız hala düşdü- FOTOLAR

“Az əvvəl Mərkəzi Neftçilər Xəstəxanasının həyətində binanın sonuncu mərtəbəsindən düşən ağlay daş həyətdəki avtomobilin üzərinə düşdü, avtomobilin yararsız hala düşməsi ətrafdakıları həyəcanlandırdı.  Xoşbəxtlikdən həmin anda ərazidən keçən xəstələrdən və onları yoluxmağa gələn qohumlardan kimsə olmadı. Əks halda, ölüm qaçılmaz idi…”.

“Təzadlar”ın əməkdaşı bu hadisənin şahidi olub və foto və videogörüntülər götürüb. Əməkdaşımız bildirir ki, hadisə şahidi olan həkimlər və xəstələr, digər vətəndaşlar şok keçirib. Ən əsası, bu dəhşətli hadisə an söhbəti olub, əks halda kimlərsə göydən düşən bu daş parçasının qurbanı olacaqdı.

XXX

Məsələ ondadır ki, xəstəxana bir müddət əvvəl əsaslı təmir olunub. Əməkdaşımız həmin təmir- bərpa işlərini görmüş şirkətin adını öyrənməyə çalışıb. Həkimlər bildiriblər ki, xəstəxanada təmir işlərini SOCAR-ın tikinti- təmir şirkətlərindən biri həyata keçirib.

Sual olunur: neftçıxaranların və xəstələrin boğazından -ailə büdcəsindən kəsilib təmirə xərclənən vəsaitlərdən bəhrələnən həmin təmir- tikinti şirkəti bu işdə hansı məsuliyyəti daşıyır? Yəni, milyonları təmirə xərcləyənlərin bu qədərmi məsuliyyəti olmayıb ki, belə bir strateji obyektdə bu cür səhlənkar və keyfiyyətsiz iş götülüb?!

Bəs bu cür hallara görə, həmin təmiri qəbul edən Xəstəxananın baş direktoru Musa Abbasov necə, bu işdə məsuliyyət daşıyırmı? Bu gün ölüm hadisəsi olsaydı, kim məsuliyyət daşıyacaqdı?

Yaxud, sualı belə qoyaq: sabah daha kiminsə başına daş düşməyəcəyinə kim zəmanət verir?

Hesab edirik, xəstəxananın rəhbərliyi təcili olaraq burada aparılmış tikintinin ekspertizasını apartdırmalıdır!

Araşdırmamız davam edir və həmin tikinti şirkəti ilə bağlı məlumat almağa çalışırıq.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!