Əvvəlcə xatırladırıq ki, bir müddət əvvəl tezadlar.az saytında və “Təzadlar” qəzetində Orxan Valeh oğlu Səlimzadə adlı gənc barədə çoxsaylı şikayətlər əsasında ətraflı araşdırma yazısı dərc edilmişdi. Qısaca deyək ki, Orxan adlı bu şəxs gənc qızları işə cəlb etmək adı altında… onları aldadır, sonra isə “oyundankənar vəziyyət”ə salır və… Redaksiya ötən il ətraflı araşdırma aparmışdı və fakt təsdiqini tapmışdı… Sadəcə, şəxsi həyatı ilə bağlı olan hadisələrə görə adının açıqlanmasını istəməyən gənc qızlar təkrarən bildirmişdilər ki, artıq hüquq mühafizə orqanları Orxan adlı bu fırıldaqçı ilə məşğul olur və s.
Sonra Orxan əməkdaşımızla əlaqə saxlamışdı və əməlindən əl çəkdiyini də bildirmişdi… Göz yaşları, yalvarış və s. də öz yerində… Amma və lakin… Yəni, öyrənmişə nə tövbə?!
“Təzadlar”a təzəlikcə daxil olan şikayətlərdən isə bəlli olur ki, Orxan əməlindən əl çəkmir. İndi daha “müasir” fırıldaqçılıqla məşğuldur.
Bu da təzəlikcə aldadılmış qızlardan daxil olan yeni şikayət məktubu: “Hörmətli “Təzadlar”! Bir müddət əvvəl bu Orxan haqqında yazmışdınız, o vaxt tədbir görüldü… Təəssüf ki, eyni hallar yenidən təkrarlanır. Həmin şəxs insanları, xüsusilə də gənc qızları “Zadeum”, “Bazarım”, “Axis Point” adlı layihələr və Team Plaza ofisi vasitəsilə iş adı ilə aldadır. Mənim özüm də bu şəxsin tələsinə düşməyimlə bağlı foto, video, WhatsApp yazışmaları və səs yazıları mövcuddur. Bundan başqa, mənim kimi aldadılan digər qızların mesaj və səs yazılarını da əldə etmişəm. Sizə göndərirəm… Biz yalnız “Təzadlar”a inanır və etibar edirik. Xahiş edirik, bizə kömək edin, dayaq olun, bu fırıldaqçını şikayət etdiyimiz polis əməkdaşlarıa da müdafiə edir. Cənab nazir Vilayət Eyvazova ünvanlı müraciətimiz var, onu da yayımlayın… Bizə arxa olun, kömək edin!
Xahiş edirik, bu məsələni ictimailəşdirəsiniz ki, başqaları da aldanmasın. Lazım gələrsə, mövcud sübutları sizinlə bölüşməyə hazırıq. Hörmətlə, Sultanova Səbinə Zakir qizi və başqaları”.
REDAKSİYADAN: şikayət tərəfimizdən araşdırılır, əlavə məlumat veriləcək.
“Təzadlar”