Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
24 Sentyabr 2025 / 18:45

Rusiya hərbi əməliyyatları niyə dayandırmaqdan imtina edir?

“Beynəlxalq hüquq təkbaşına müharibəni seçənlərin qarşısını ala bilməz. Beynəlxalq hüquq tam işləmirsə, demək ki, sizin təsirli dostlarınız və ya silahınız yoxdur…”. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı bildirib. Zelenskinin sözlərinə görə, beynəlxalq institutlar zəifləyib, beynəlxalq qurumlar isə qanlı toqquşmalara son qoymaq iqtidarında deyil. “Heç bir beynəlxalq institut qanlı toqquşmaları dayandıra bilmir. Bunlar həmişə zəif olub. Sudan, Somali, Fələstin və ya müharibə yaşayan digər xalqlar BMT-dən nə gözləyə bilərlər? Onilliklərdir sadəcə bəyanatlardan başqa heç nə yoxdur…”, – Ukrayna Prezidenti vurğulayıb.

Zelenski deyib ki, Ukrayna sülh istəyir, lakin Rusiya hərbi əməliyyatları dayandırmaqdan imtina edir. Ukrayna lideri çıxışında beynəlxalq ictimaiyyəti Ukraynanın mübarizəsini dəstəkləməyə çağırıb.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!