25 Sentyabr 2025 / 08:25

Tramp Zelenskinin ürəyindən tikan çıxardan çıxışı ilə Putini yerə vurdu…

…Ötən gün Tramp Zelenski ilə görüşdükdən sonra  BMT-nin yüksək tribunasından olduqca sərt və əsəbi çıxışı ilə Rusiyanın ünvanına nə lazımdı dedi… O, çıxışında dedi ki, Rusiya və Putin böhran içindədir, Rusiya tənəzzülün bir addımlığındadır. Bundan sonra o qənaətini ortaya qoydu ki, artıq Ukraynanın isə öz ərazi bütövlüyünü bərpa etməsi ortadadır, zəruridir, reallıqdır və s. Sitat: “Rusiya bu müharibəni artıq üç ildən çoxdur ki, nəticəsiz və məqsədsiz şəkildə davam etdirir. Bu vəziyyət Rusiyanı heç də güclü göstərmir, əksinə, “kağız pələng” kimi göstərir. Moskva və Rusiyanın bütün böyük şəhərlərində, qəsəbələrində və bölgələrində yaşayan insanlar baş verənlərin əslində nədən ibarət olduğunu, müharibə ilə bağlı həqiqətləri, benzin növbələrinin uzandığını və savaş iqtisadiyyatının səbəb olduğu digər çətinlikləri öyrəndikdə, yəni ölkənin bütün maliyyə resurslarının Ukrayna ilə müharibəyə sərf edildiyini gördükdə Ukrayna ruh yüksəkliyi ilə və durmadan güclənərək, öz torpaqlarını geri almağa və bəlkə də ondan da irəli getməyə qadirdir! Putin və Rusiya ciddi iqtisadi böhran içindədir və bu, Ukraynanın hərəkətə keçməsi üçün uyğun zamandır. Hər iki ölkəyə uğurlar arzu edirəm. Biz isə silahları NATO-ya təqdim etməyə davam edəcəyik ki, onlar da necə istəsələr, o cür istifadə etsinlər”.
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!