Əsas məzmuna keç

İspaniyanın IE Universitetinin rəhbərliyi Bakı Ali Neft Məktəbində – FOTO

İspaniyanın məşhur IE Universitetinin rəhbərliyi ilə Bakı Ali Neft Məktəbində görüşdük.
Bu barədə universitetin rektoru Elmar Qasımov məlumat verib.
“Universitetin prezidenti Santiago Iniguez de Onzono, universitetin Məqsəd və Dayanıqlılıq üzrə Baş direktoru İsabela Alcazar, Korporativ Əlaqələr üzrə İcraçı sədri, IE Liderlik Mərkəzinin (Ər-Riyad) Baş İcraçı Direktoru, IE Azərbaycan Mərkəzinin Baş İcraçı Direktoru Villiam Davila, IE Azərbaycan Mərkəzinin vitse-prezidenti Maria Cabiol Sanz, “South Summit” şirkətinin Baş icraçı direktoru Naço Mateo və İspaniya Krallığının Azərbaycan Respublikasındakı Səfirliyinin müvəqqəti işlər vəkili Xose Pedro Torrubia Asenjonu kampusumuzla tanış etdik.
Qonaqlara Bakı Ali Neft Məktəbinin fəaliyyəti, müasir tədris infrastrukturu və tələbələrimiz üçün yaradılan imkanlar haqqında ətraflı məlumat verdik.
Daha sonra qonaqlarımız tələbələrimizlə görüşdülər. IE Universitetinin prezidenti Santiago Iniguez de Onzono idarəetmə fəlsəfəsi, onun gündəlik həyatda tətbiqi və süni intellektin müasir dünyada rolu haqqında fikirlərini bölüşdü, tələbələrimizin suallarını cavablandırdı. Görüşün sonunda müəllifi olduğu kitabı tələbələrimizə hədiyyə etdi”, – deyə qeyd edib.

ispan uni banm

JASMİN
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…