25 Sentyabr 2025 / 11:14

Rusiyanın iki qırıcısı dronların qurbanı oldu

Ötən gün Ukrayna silahlı qüvvələri Krımda Rusiyanın iki An‑26 nəqliyyat təyyarəsini, Zaporojye istiqamətində isə SU-34 qırıcı təyyarəsini məhv edib. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb. Ukrayna dronları həm də  Rusiya ordusunun RLS‑i və sahil radarını da vurub.

Xatırladırıq ki, Tramp ötən gün BMT-nin sessiyasında Putini sərt qınayıb, Rusiyanın artıq məğlub durumda olduğunu, Ukraynanın qalib gələcəyini eyhamlayıb.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!