Əsas məzmuna keç

ABŞ-da Sorosun fondlarına qarşı araşdırmalar başladı

ABŞ Ədliyyə Nazirliyinin yüksəkvəzifəli məmuru ən azı altı ştatın prokurorlarına ölkə Prezidenti Donald Trampın məsuliyyətə cəlb olunmasını tələb etdiyi milyarder və Demokratlar Partiyasının sponsoru Corc Sorosun fondlarının fəaliyyətini araşdırmağı tapşırıb. Tezadlar.az Reuters-ə istinadla xəbər verir ki, bu barədə “The New York Times” nəşri müvafiq sərəncamın surətinə istinadən məlumat yayıb.

 Qəzetin yazdığına görə, sentyabrın 22-də ABŞ baş prokurorunun müavininin ofisindən olan hüquqşünas Todd Blanş belə bir göstərişi Kaliforniya, Nyu-York, Vaşinqton, Çikaqo, Detroyt və Merilend, eləcə də digər ştatların prokurorluqlarına göndərib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…