26 Sentyabr 2025 / 21:25

Şanlıurfada işçi daşıyan mikroavtobus aşıb: 20 yaralı

Türkiyənin Şanlıurfa vilayətində işçiləri daşıyan mikroavtobus aşıb.

“Təzadlar” xəbər verir ki, hadisə nəticəsində azı 20 nəfər yaralanıb.

Əraziyə çox sayda polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma başladılıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!