Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
27 Sentyabr 2025 / 19:23

Prezidentin Gəncə terrorunda ailə üzvlərini itirmiş Nilayın fotosu Hikmət Hacıyevin şərhində

“Prezident İlham Əliyev balaca Nilayın – 2020-ci ildə 44 günlük müharibə zamanı Ermənistan silahlı qüvvələrinin Gəncəyə raket hücumu nəticəsində valideynlərini və yaxınlarını itirmiş qızcığazın əlini zərifliklə tutur – həqiqətən də “danışan fotolar”dır, burada görüntünün özü bütün faciəvi əhvalatı sözsüz izah edir…”. Tezadlar.az qeyd edir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X sosial şəbəkə hesabında yazıb.

Həqiqətən də bu foto dil açıb danışır, terrorun hansı faciələrə meydan olduğunu izah edir… Ən dəhşətlisi, Nilay ermənilərin törətdiyi o terror əməlinin mahiyyətindən bəlkə hələ də xəbərsizdir. Lakin o böyüdükcə ondan uzaqlaşan o dəhşətli və faciəli gün ona daha yaxın olacaq- başa düşülən ağrı- acıları ilə…

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!