Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında Azərbaycan-Özbəkistan diplomatik əlaqələrin 30 illiyi ilə əlaqədar videoçarx hazırlandı. Videoçarxda Azərbaycan-Özbəkistan əlaqələri ilə bağlı Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Prezidenti İlham Əliyevin sitatları var. Qeyd olunur ki, Azərbaycanla Özbəkistan arasında diplomatik əlaqələr 2 oktyabr 1995-ci ildə qurulmuşdur. Videoçarxda Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana, Özbəkistan prezidentləri İslam Kərimovun, Şavkat Mirziyoyevin Azərbaycana rəsmi səfərləri haqqında qısa məlumatlar verilir.
Azərbaycan-Özbəkistan mədəni əlaqələri xüsusi bölmədə verilib.
Rövşanə
Videoçarx kitabxananın YouTube kanalında aşağıdakı keçiddə yerləşdirilib:
https://www.youtube.com/watch?v=uFL4Ik0Acm4