1–7 oktyabr 2025-ci il tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçiriləcək 11-ci Bakı Beynəlxalq Kitab Sərgisi – regionun ən böyük kitab bayramında Bakı Slavyan Universiteti də iştirak edəcək.
Tezadlar.az xatırladır ki, “Texno-insan: dünənin əfsanəsi, bu günün hadisəsi” mövzusuna həsr olunmuş builki sərgidə BSU öz stendi ilə təmsil olunacaq.
Sərgi çərçivəsində master-klaslar, imza günləri, kitab təqdimatları, müsabiqələr, qiraət saatları və digər maraqlı tədbirlər keçiriləcək.
Tarix: 1–7 oktyabr 2025
Məkan: Bakı Ekspo Mərkəzi
İş vaxtı: 10:00–20:00
Giriş ödənişsizdir.
Bakı Slavyan Universiteti sizi 11-ci Bakı Beynəlxalq Kitab Sərgisində öz stendinə dəvət edir.
NAHİDƏ