Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukraynanın təhlükəsizliyi ilə bağlı vəziyyət köklü surətdə dəyişir. Belə ki, ABŞ Rusiyanın hərbi və enerji infrastrukturuna qarşı uzaqmənzilli raket zərbələri üçün Ukraynanı kəşfiyyat məlumatları ilə təmin edəcək. Tezadlar.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” ABŞ rəsmilərinin bəyanatlarına istinadən məlumat verib. Məlumata görə ölkə rəsmiləri NATO ölkələrini də analoji dəstək verməyə çağırırlar.
Qəzetin adı açıqlanmayan mənbələrə istinadən verdiyi məlumata görə, Ukraynaya əlavə kəşfiyyat məlumatı vermək icazəsi Trampın sosial şəbəkədə Ukraynanın Rusiya tərəfindən işğal olunmuş bütün ərazilərini geri qaytara biləcəyindən bəhs edən mesajından bir qədər əvvəl verilib. Həmçinin bildirilir ki, Tramp administrasiyası Ukraynanı Rusiyanın daxilində daha çox hədəfə zərbə endirməyə imkan verəcək silahlarla təmin etməyi də nəzərdən keçirir. Məsələ ondadır ki, “Tomahawk” və “Barracuda” kimi qanadlı raketlərinin çatdırılmasından gedir ki, bununla bağlı hələlik yekun qərar verilməyib. Amma Ukrayna tam arxayındır ki, ABŞ ölkənin təhlükəsizliyinə cavabdehliyi üzərinə götürmüş kimidir.
Rəsmi Moskva isə hələki Ukraynaya kömək edənləri hədələməklə məşğuldur. Bu isə bir vaxtlar Səddam Hüseynin ABŞ ordusunu hədələməsinə bənzəyir… Hansı ki, müharibənin on hünündən sonra Səddam, sonralar özünü eyni cür aparan Qəddafi edam edildi…
A.Məmmədli