Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycan futbolunda klublar təkcə idman göstəriciləri ilə deyil, həm də maliyyə nəticələri ilə yarışırlar.
Tezadlar.az xəbər verir ki, 2024-cü ilin nəticələrinə görə, bəzi klublar gəlir əldə etməyi bacarıb, digərləri isə hələ də zərərlə fəaliyyət göstərir.
Fed.az zərərlə işləyən klublardan birinin «Turan Tovuz» olduğunu müəyyən edib.
Bildirilib ki, «Turan Tovuz»da hələlik mənfəətdən danışmaq tezdir, komanda və menecmentin gücü ildə yalnız 12 manat mənfəətə çatıb, 2023-də də eyni vəziyyət idi – 163 manat mənfəət.
Qeyd edək ki, 23 fevral 1992-ci ildə təsis olunan komanda “Turan Tovuz” bir dəfə Azərbaycan Çempionatının qızıl, bir dəfə gümüş, iki dəfə isə bürünc medalını qazanıb. 1994-cü ildə UEFA Kubokunda iştirak etməklə, Azərbaycanı ilk dəfə avrokuboklarda təmsil edən komanda kimi tarixə düşüb.
10 oktyabr 2014-cü il tarixinə qədər Turan-T adlanan klub bu tarixdən etibarən adını dəyişib. Klub bu tarixdən sonra “Turan-Tovuz” adını daşıyacağını açıqlayıb.
Komandanın qapıçısı Nizami Sadıqov BFSF(İFFHS)-nin reytinqində 1106 dəqiqəlik quru seriyayla dünyada 19-cu nəticəni göstərib, qol vurmaqda isə qapıçı dünyada ilk onluqda yer alıb (19 qol).
Əlavə edək ki, Komanda bu il transfer dövründə David Oliveyra Tavareş, Abdulla Rzayev, Roberto Olaben və Oleq Baklovu da heyətinə qatıb.
JASMİN