2 Oktyabr 2025 / 16:56

5 Oktyabr – Müəllimlər Günü münasibətilə müəllimləri təbrik edirlər

Müəllim – Azərbaycan xalqının ümummilli lideri, müdrik insan və dahi şəxsiyyət Heydər Əliyevin söylədiyi kimi, bizi həyata hazırlayan və bu günlərə gətirib çıxaran insandır. Əgər həyat yolumuza nəzər salsaq, yaşından, vəzifəsindən, mövqeyindən asılı olmayaraq hər birimizin valideynlərimizlə bərabər müəllimlərə borclu olduğumuzu görərik. Biz hər birimiz müəllimlərimizin göstərdiyi yolla hədəflərə doğru getmişik.

Müdriklər deyir ki, müəllim o deyil ki, öyrədir, o şəxsdir ki, ondan öyrənirlər. Azərbaycanda bizim öyrənməyi öyrəndiyimiz böyük müəllimlərimiz olub. Onlar dünən də olub, bu gün də var, gələcəkdə də olacaqlar.

Dövlətimiz həmişə müəllim adını, müəllim əməyini yüksək tutub. Hər il cənab Prezidentimizin sərəncamları ilə təltif olunan müəllimlərimizin əməyinin yüksək qiymətləndirilməsi və onların ən yüksək adlara layiq görülməsi bunu bir daha əks etdirir.

Gülbəniz Cəfərova, Vüqar Abbasov, Dadaş Əliyev, Nəzrin Musayeva, Aytən Nəsirova, Nailə Hacıyeva, Zenfira Hüseynova, Aytən Qasımlı, Rahilə Hacıyeva, Aygün Sultanova, Aygün Əsədova və Xatirə Qəhrəmanova cəmiyyətə elm qapısının açarını təqdim edən əziz və zəhmətkeş müəllimlərimizi 5 oktyabr – Müəllimlər günü münasibəti ilə təbrik edir, bu şərəfli və məsuliyyətli işlərində onlara uğurlar arzulayırlar!

Gününüz mübarək, dəyərli müəllimlərimiz!

CEYHUN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!