Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

III MDB Oyunları çərçivəsində Yevlax Olimpiya İdman Kompleksində boks yarışları davam edir.
“Təzadlar” xəbər verir ki, Azərbaycanın 6 boksçusu turnirin finalına yüksəlib.
Təmsilçilərimizdən Aysel Fərəcova (46 kq) özbəkistanlı Ruxşonabonu Əhədovaya qalib gələrək finala çıxıb.
50 kiloqram çəki dərəcəsində yarımfinalda mübarizə aparan Əminə Tağı belaruslu Arina Kmitadan üstün olub – 4:1.
Cəmilə Muradlı (54 kq) qazaxıstanlı Adelaida Sadvakassovaya qalib gələrək (5:0) finala vəsiqəni təmin edib.
60 kiloqram çəki dərəcəsində Aynur İsmayılova tacikistanlı Furuğ Sarhaszodaya qalib gəlib. Gülər Hüseynova (48 kq) Tacikistanın digər təmsilçisi Kumriniso İmomaliyevadan üstün olub.
Fidan Bakarova (63 kq) isə yarımfinalda rusiyalı Zlata Konovalovanı məğlub edib.
Beləliklə, Azərbaycanın 6 boksçusu finala vəsiqə qazanıb.
Qeyd edək ki, qadın boksçular arasında final qarşılaşmaları oktyabrın 4-də keçiriləcək.