Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Kopenhagendə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdə 2026-cı ilin birinci yarısında İrəvanda keçiriləcək “Avropa Siyasi Birliyi”nin sammitini müzakirə edib.
“Təzadlar” xəbər verir ki, bu barədə fon der Lyayen “X” sosial şəbəkəsində yazıb.
“Biz əməkdaşlığımızı dərinləşdirməkdə qətiyyətliyik. Ermənistan Aİ üçün mühüm tərəfdaşdır. Biz “Global Gateway” strategiyası vasitəsilə ticarət, nəqliyyat, energetika və rəqəmsal texnologiyalar sahələrində regional bağlantını gücləndirmək niyyətindəyik. 2026-cı ilin birinci yarısında İrəvanda “Avropa Siyasi Birliyi”nin növbəti sammitinin keçirilməsini səbirsizliklə gözləyirik”, – o qeyd edib.
Avropa Komissiyasının sədri, həmçinin Ermənistanı ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda Azərbaycanla münasibətlərdə tarixi irəliləyişin əldə olunması münasibətilə təbrik edib.
“Bu addım regionda sülh və sabitliyin gücləndirilməsi yolunda mühüm mərhələ oldu”, – fon der Lyayen vurğulayıb.