Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycan III MDB Oyunlarında növbəti medallarını qazanıb.
“Təzadlar”ın yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, Mədinə Sadiqova (55 kq), Nuran Rzazadə (67 kq) və Roman Heydərov (kata) qızıl mükafata sahib çıxıblar.
Fərid Savadov (60 kq) ilə Nəzrin Piriyeva (55 kq) finalda uduzaraq gümüş medal əldə ediblər.
İnci Əzizova (50 kq), Aslan Dostuyev (67 kq), Ramilə Heydərova, Rövşən Əliyev (hər ikisi kata) yarımfinalda uduzduqları üçün bürünc mükafatla kifayətləniblər.
Azərbaycan karateçiləri III MDB Oyunlarında finala vəsiqə qazanıblar.
“Təzadlar”ın yarışa ezam olunan əməkdaşının məlumatına görə, Fərid Savadov (60 kq), Nəzrin Piriyeva, Mədinə Sadiqova (hər ikisi 55 kq), Nuran Rzazadə (67 kq), Roman Heydərov (kata) adını bu raunda yazdırıb.
İnci Əzizova (50 kq), Aslan Dostuyev (67 kq), Ramilə Heydərova, Rövşən Əliyev (hər ikisi kata) yarımfinalda uduzduqları üçün bürünc mükafatla kifayətləniblər.
Azərbaycan karateçiləri III MDB Oyunlarında yarımfinala vəsiqə qazanıblar.
“Təzadlar”ın yarışa ezam olunan əməkdaşı xəbər verir ki, fərdi mübarizədə İnci Əzizova (50 kq), Fərid Savadov (60 kq), Nəzrin Priyeva, Mədinə Sadiqova (hər ikisi 55 kq), Aslan Dostuyev, Nuran Rzazadə (hər ikisi 67 kq), katada Ramilə Heydərova, Rövşən Əliyev və Roman Heydərov bu mərhələyə adlayıblar.
Qeyd edək ki, bu gün Mingəçevirdə start götürən karate yarışları sabah başa çatacaq.