Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Münhen hava limanı pilotsuz uçan aparat xəbərdarlığına görə dayandırılan uçuşları bərpa edib.
Tezadlar.az bildirir ki, bu barədə hava limanının saytında məlumat verilib.
Daha əvvəl hava limanının pilotsuz uçan aparatların fəaliyyətinə görə 24 saat ərzində ikinci dəfə uçuşların dayandırıldığı bildirilmişdi.
Uçuşlar səhər saat 7:00-da (Moskva vaxtı ilə 8:00) bərpa edilib. Gün ərzində uçuşlarda gecikmələr gözlənilir.
Oktyabrın 3-nə keçən gecə Münhen hava limanı da hava limanı üzərində naməlum pilotsuz uçuş aparatları səbəbindən fəaliyyətini dayandırıb. Hadisə planlaşdırılmış 20-yə yaxın reysin təxirə salınması ilə nəticələnib.
“Bild” qəzeti yazıb ki, dronlar əvvəlcə Bundesver obyektləri üzərində dövrə vurublar. Nəşrin məlumatına görə, ilk PUA-lar Münhen hava limanından səkkiz kilometr aralıda yerləşən Erdinqdəki aviabazanın üzərində aşkar edilib.
E.ŞİRİNOV