Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Korkut ata” Festivalı ənənəvi olaraq türk dünyası ölkələri arasında kino sənayesində əməkdaşlığı gücləndirmək məqsədi daşıyır.
***
Qazaxıstanın Aktau şəhərində keçirilən 5-ci “Korkut ata” Beynəlxalq Film Festivalının qalibləri məlum olub. Tədbir bu il ilk dəfə Qazaxıstanda keçirilib.
Tezadlar.az 24KZ-yə istinadən xəbər verir ki, iki gün ərzində tamaşaçılara türkdilli ölkələrdə və Macarıstanda çəkilmiş filmlər nümayiş olunub.
Film festivalının proqramına beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndirilən 47 film daxil edilmişdi. Sənədli film nominasiyasında Qazaxıstanın “Pryaniklər” filmi, bədii film nominasiyasında isə Qırğızıstanın “Qara. Qırmızı. Sarı” filmi qalib olub.
Festivalda altı ölkədən milli kino şirkətləri və tanınmış aktyorlar iştirak ediblər.
“Dostluq Evi”ndə sammit keçirilib və burada türkdilli ölkələrin nümayəndələri kino sahəsində əməkdaşlığa dair memorandum imzalayıblar.
“Biz Manqistaunun gözəl yerlərini nümayiş etdirdik ki, bura gələcək kino məkanı kimi nəzərdən keçirilsin. Məqsəd ölkəmizi, onun torpaqlarını, mədəniyyətini mavi ekran vasitəsilə təbliğ etməkdir. Biz bu kinofestivala dəstək olan bütün təşkilatlara, eləcə də tamaşaçılara dərin təşəkkürümüzü bildiririk”, – deyə Qazaxıstanın “Milli Kinoya Dövlət Dəstəyi Mərkəzinin” İdarə Heyətinin sədr müavini Ədalət Omarov bildirib.
Festivalın yekununda “Ən yaxşı rejissor” mükafatını Qazaxıstan istehsalı olan “Joqtau” milli filminin rejissoru Aruan Anarbay qazanıb.
Qeyd edək ki, Azrbaycan filmləri də 5-ci “Korkut ata” Türk Dünyası Film Festivalında uğur qazanıb.
Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) məlumatına görə, festivalda Azərbaycan filmləri bir neçə nominasiyada mükafatlara layiq görülüblər.
Festivalın nəticələrinə əsasən:
“Tağıyev: Neft” və “Nargin” filmləri Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə istehsal olunub.
Xatırladaq ki, kinorejissor Mirsadıq Ağazadə və aktrisa Mehriban Zəki festivalın münsiflər heyətinin üzvləri idi.
“Korkut ata” Film Festivalının keçiriləcəyi növbəti ölkə isə Türkiyədir.
https://www.youtube.com/watch?v=89TPf2vH-fg
JASMİN