6 Oktyabr 2025 / 15:53

Xankəndidə “Xankəndi Mənzərələri” adlı etüd-sərgi təşkil olundu- FOTOLAR

YAP Yasamal Rayon Təşkilatı və Beynəlxalq Qalereyanın birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş “Vətənpərvərlik Etüdləri” layihəsi çərçivəsində layihə rəhbəri Aygün Əzizovanın olduğu “Xankəndi Mənzərələri” adlı etüd-sərgi təşkil olundu.

Tezadlar.az xəbər verir ki, sərgi “Ulus” oteldə baş tutdu.

Sərgini giriş sözü ilə açan Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova tədbir iştirakçılarını səmimi şəkildə salamlayaraq günün əhəmiyyətindən və sərginin mahiyyətindən danışdı. O, Xankəndidə olmağın hər bir azərbaycanlı üçün qürurverici olduğunu vurğuladı:

“2020-ci ilin məhz bu günü – 4 oktyabr tarixində müharibənin birinci həftəsində Cəbrayıl şəhəri işğaldan azad edildi. Biz artıq 4 oktyabr tarixini Cəbrayıl Şəhəri Günü kimi qeyd edirik. Bu günü bizlərə yaşadan Ali Baş Komandan, Prezident İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı arzulayırıq”.

Elnurə xanım sözü “Ulus” otelin əməkdaşı Gündüz Behbudova verdi. Gündüz bəy qonaqları salamlayaraq  Xankəndidə əsl sənət hadisəsi yaşandığını və bu gözəl tədbirə ev sahibliyi etməkdən çox məmnum olduqlarını bildirdi. Sərgiyə fəxri qonaq kimi Ağdam Rayon Heydər Əliyev Mərkəzinin direktoru Namiq Həsənov, Fəridə Rəsulova, Nizami Rayon seçki dairəsinin əməkdaşı Gülbahar Bağırova da təşrif gətirmişdilər..

Etüd-sərgidə RM ART Studionun rəhbəri, Azərbaycan Dövlət Pedaqoji Universitetin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllimi Rəsmiyyə Mahmudova tələbələri ilə, rəssam Aygün Qürbətova, 180 nömrəli Qaradağ tam orta məktəbin rəsm müəllimi Leyla Babalı, “LAHFİN” dizayn qrupun ortağı, rəssam Ləman Həsənzadə, “Nurun Yeməkləri” şirniyyat evinin rəhbəri, rəssam Nurtən Xəlilova, Şuşa Dövlət Musiqili Dram Teatrının quruluşçu rəssamı, F.A Art Studionun rəhbəri rəssam Fatma Əliyeva, rəssam Firdovsi Hacıyev və başqaları iştirak edirdilər. İştirakçılar bu gün Xankəndidə olmaqdan qürur duyduqlarını və belə etüdlərin davamlı olmasını arzuladılar. Sərgidə 44 günlük müharibəyə həsr olunmuş 44 əsər nümayiş olundu. Sonda iştirakçılara sertifikatlar təqdim olunaraq, xatirə şəkilləri çəkildi. İştirakçılar, eyni zamanda Xankəndinin görməli yerlərini ziyarət etdilər.

Tədbir “Ulus” Oteldə çay və nahar süfrəsi ilə yekunlaşdı, eyni zamanda rəhbəri Rəsmiyyə Mahmudovanın olduğu RM ART Studionun 3 yaşı münasibətilə tort kəsildi.

 

Aygün

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!