Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu il 57 klinika cərimələnib.
Tezadlar.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.
Bildirilib ki, cərimələrin səbəbi lisenziyadan kənar fəaliyyət, sertfikasiyadan keçmədən özəl tibbi praktika ilə məşğul olma, dövlət qeydiyyatında olmayan dərman vasitəsi aşkar edilməsi, lisenziya olmadan özəl tibb fəaliyyəti ilə məşğul olma, müəssisə rəhbəri yoxlamaya şərait yaratmadığı üçün plandankənar yoxlamanın keçirilməsi mümkün olmamasıdır.
Bağlanılan müəssisələr
“Lisenziyasız fəaliyyət göstərən 1 klinikanın bir filialı, 2 klinikanın stasionardan əməliyyat şöbəsi bağlanıb”, – məlumatda qeyd olunub.
Vətəndaşlara müraciət
AEM vətəndaşlara özəl tibb müəssisələrində və aptek təşkilatlarında qanunsuz fəaliyyətlə və ya şübhəli hallarla rastlaşdıqda AEM-ə aşağıdakı vasitələrlə məlumat vermələrini məsləhət görüb:
“Bir pəncərə” sektoru
Qaynar xətt: (012) 596 05 20
Elektron poçt: aem@pharma.az
Veb-sayt: www.pharma.az
(“Müraciət” bölməsi).