Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Fransa Milli Assambleyasının Bürosu bu gün – oktyabrın 8-də prezident Emmanuel Makronun hakimiyyətdən kənarlaşdırılması təklifinə baxacaq.
Tezadlar.az bildirir ki, bu barədə sosial mediada solçu “France Insoumise” partiyasının parlament fraksiyasının rəhbəri Matilda Pano X-də məlumat verib.
O qeyd edib ki, təklifi 104 deputat imzalayıb.
“Bu gün Milli Assambleyanın Bürosu (Makron – RT) hakimiyyətdən uzaqlaşdırılması təklifimizə baxacaq”, – Pano deyib.
Bundan əvvəl Fransanın keçmiş baş naziri Eduard Filip Makronu növbədənkənar prezident seçkiləri keçirməyə çağırmışdı.
E.ŞİRİNOV