Əsas məzmuna keç

Fransa bu gün Makronun hakimiyyətdən uzaqlaşdırılması təklifini nəzərdən keçirəcək

Fransa Milli Assambleyasının Bürosu bu gün – oktyabrın 8-də prezident Emmanuel Makronun hakimiyyətdən kənarlaşdırılması təklifinə baxacaq.

Tezadlar.az bildirir ki, bu barədə sosial mediada solçu “France Insoumise” partiyasının parlament fraksiyasının rəhbəri Matilda Pano X-də məlumat verib.

O qeyd edib ki, təklifi 104 deputat imzalayıb.

“Bu gün Milli Assambleyanın Bürosu (Makron – RT) hakimiyyətdən uzaqlaşdırılması təklifimizə baxacaq”, – Pano deyib.

Bundan əvvəl Fransanın keçmiş baş naziri Eduard Filip Makronu növbədənkənar prezident seçkiləri keçirməyə çağırmışdı.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…