Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Beynəlxalq Muğam Mərkəzində “Muğamat axşamı” adlı konsert keçirilib. Konsert dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunub.
Muğam gecəsində BMM-nin solistləri, Əməkdar artistlər Arzu Əliyeva, Səbuhi İbayev, Elnur Zeynalov, Bəyimxanım Vəliyeva xanəndələr Günay İmamverdiyeva, Elgiz Əliyev və Elşad Aydınoğlu çıxış ediblər.
Proqramda Üzeyir Hacıbəylinin musiqi əsərlərindən nümunələr, təsnif və xalq mahnıları səsləndirilib. Xanəndələri Beynəlxalq Muğam Mərkəzinin solistlərindən ibarət instrumental heyət müşayiət edib.