8 Oktyabr 2025 / 23:01

Hatice Aslan və Mahir Günşıray sevgilidirlər

Türkiyəli məşhurlar Mahir Günşırayla Hatice Aslanın sevgili olduğu məlum olub.

“Təzadlar” xəbər verir ki, onların ötən axşam Kanyonda keçirilən “Bildiyin kimi deyil” filminin qalasına birgə qatılmaları eşq iddialarını daha da artırıb.

Türkiyəli jurnalist Birsen Altuntaşın məlumatına görə, cütlük iki aydır ki, sevgilidir.

Hatice Aslan (63) və Mahir Günşiray(65) Ankara Dövlət Konservatoriyasında birlikdə oxuyublar.

Qeyd edək ki, H. Aslan 3 mövsümdür, “Bahar” serialında rol alır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!