8 Oktyabr 2025 / 23:59

Bu il çuğundur sahələri 1 500 hektar azdır

Bu il ölkəmizdə yazlıq şəkər çuğunduru əkini azalıb.

“Təzadlar”ın Muğan bürosu xəbər verir ki, bu il 20 rayonda olmaqla, 5 880 hektar sahədə yazlıq çuğundur əkilib.

Ötən il isə ölkə üzrə 24 rayonda 7 400 hektar sahədə şəkər çuğunduru əkilib.

Qeyd edək ki, qarşıdakı günlərdə yazlıq sahələrdən məhsul yığımı aparılacaq. Ümumilikdə, 220 min ton məhsul götürülməsi proqnozlaşdırılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!