Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Hadisə qadın çayda paltar və qab yuyan zaman baş verib
Hindistanın Odişa əyalətində 59 yaşlı qadın timsahın hücumuna məruz qalıb, onu çaya sürükləyib və parçalayaraq yeyib.
Tezadlar.az xəbər verir ki, bu barədə “The Times of India” məlumat yayıb.
Soudamini Mahalın cəsədi oktyabrın 8-də Jajpur meşə rayonundakı kəndin yaxınlığında Harasrota çayında timsah tərəfindən yarı yeyilmiş halda tapılıb. Hadisə oktyabrın 6-da qadın çayda paltar və qab yuyarkən baş verib. Timsah qurbanını tutub çaya sürükləyib.
“Biz cəsədi çıxardıq və yarılma üçün Jajpur Xəstəxanasına göndərdik. Meşə idarəsi tezliklə ailəyə dəymiş ziyanı ödəyəcək”, – Jajpur rayonunda meşə mühafizəçisinin köməkçisi Santoş Kumar Pati deyib. Kendrapada və Jajpur rayonlarında sahil kəndlərində artan timsah hücumlarının son qurbanı qadın olub.
E.ŞİRİNOV