9 Oktyabr 2025 / 19:46

Bu da “Mixaylo” haqqında bilmədikləriniz

 …Əfsanəvi partizan “Mixaylo” – Mehdi Hüseynzadə barədə bilinməyən MARAQLI FAKTLAR: Mehdi rəssamlıq məktəbində Məhəmməd Əmin Rəsulzadənin oğlu Azər Rəsulzadə ilə birlikdə oxuyarkən sifarişli əsər hazırlayır, birgə iş görürlər. Lakin iş başa çatana yaxın M.Rəsulzadənin ailəsi, Azər Rəsulzadə Qazaxıstana sürgün olunurlar. Mehdi Hüseynzadə çətinliklə Qazaxıstanda Azərin qaldığı ünvanı öyrənir və qazandıqları pulun yarısını ona göndərir. Bu barədə Azər Rəsulzadə sonralar görkəmli alimimiz Nəsiman Yaqubluya danışır.
Poliqlot Mehdi Hüseynzadə 7 dil bilirdi. Mehdi 7 il 19 nömrəli məktəbində oxuyub. Onun ədəbiyyat müəllimi dahi Süleyman Sani Axundov, musiqi müəllimi Səid Rüstəmov olub. Bu müəllimlər Mehdinin tərbiyəsinə çox böyük təsir ediblər.
Leytenant rütbəsi alan Mehdi müharibə zamanı xüsusi partlayış üsulu icad etmişdi. “Mixaylo” çevikliyinə, xarici dilləri bildiyinə və cəsurluğuna görə ən çətin və ən ağır əməliyyatlara cəlb olunurdu. O, əməliyyat vaxtı hətta yeraltı kanalizasiya xətlərində, çirkab sularda üzürdü. Mehdi həm də şair idi. Onun şeirləri “Azərbaycan” qəzetində cəlb edilirdi. Sevdiyi qıza da məktublarında şeirlər yazırdı. Mehdinin aktyorluq istedadı da vardı. Kəşfiyyatçı kimi aktyorluq istedadından istifadə edib.
Anar Tağıyev,
Tədqiqatçı
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!