Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
13 Oktyabr 2025 / 11:40

İsrail ordusu Qəzzada ilk 7 girovu qəbul edib

İsrail hərbçiləri Qəzza zolağında Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən azad edilmiş 7 girovdan ibarət ilk qrupunu qəbul edib.

Tezadlar.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Yeddi girov hazırda İMQ və Baş Təhlükəsizlik qüvvələrinin müşayiəti ilə İsrailə qaytarılır və onlar ilkin tibbi müayinədən keçəcəklər”, – məlumatda deyilir.

Qeyd edək ki, bu gün Qəzzada cəmi 20 girovun azad ediləcəyi gözlənilir – bunlar 2023-cü il oktyabrın 7-də oğurlanan və iki il əsirlikdə qaldıqdan sonra hələ də sağ olan israillilərdir. “İMQ daha sonra Qırmızı Xaça təhvil veriləcəyi gözlənilən qalan girovları qəbul etməyə hazırdır”, – hərbçilər bildirib.

İsrail ordusu daha sonra Qəzza zolağında azad edilmiş yeddi israilli girovdan ibarət qrupun hərbi müşayiət altında təhlükəsiz şəkildə sərhədi keçərək yəhudi dövlətinin ərazisinə gəldiyini açıqlayıb.

Məlumatda azad edilən yeddi nəfərin adları sadalanıb: Matan Angrest, Ziv və Gali Berman qardaşları, Guy Gilboa-Dalal, Omri Miran, Eitan Mor və Alon Ohel.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!