21 Aprel 2022 / 08:18

ERMƏNİLƏRİN MƏHV ETDİKLƏRİ TƏHSİL VƏ MƏDƏNİYYƏT OBYEKTLƏRİMİZ…

Ermənilər təkcə bizimlə düşmənçilik etməyiblər – tariximizi, mədəniyyətimizi də gözləri götürməyib

Prezident İlham Əliyevin 2020 –ci ildə verdiyi Fərmana uyğun olaraq Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndələri tərəfindən tarix və mədəniyyət obyektlərinin monitorinqi aparılanda ortaya dəhşətli mənzərə çıxdı.

Məlum oldu ki, onlar təkcə bizimlə düşmənçilik etməyib, həm də illər uzunu min bir zəhmətlə yaradılmış, tikilib-qurulmuş, ərsəyə gətirilmiş mədəniyyət evlərimizə, muzey və kitabxanalarımıza, qalereyalarımıza… da qənim kəsiliblər – onları yerləyeksan ediblər, həmçinin maddi mədəniyyət nümunələrimizi Ermənistana daşıyıblar.

 Beləliklə, həmin monitorinq zamanı 571 mədəniyyət müəssisəsi aşkar edilmişdi ki, onlardan 286-sı kitabxana, 237-si mədəniyyət evi və klub müəssisəsi, 19-u muzey, 24-ü uşaq musiqi məktəbi, 1-i kinoteatr, 2-si teatr, 2-si qalereyadır. Müəssisələrin hamısı demək olar ki, tamamilə dağıdılmış vəziyyətdə idi.

 Və  işğaldan azad edilmiş ərazilərdə dağıntıya məruz qalmış təhsil müəssisələri də var.

Təhsil nazirinin müavini Firudin Qurbanov “Qarabağın və Şərqi Zəngəzurun Memarlıq İrsi. Bərpa, Qorunma və istifadə problemləri” adlı beynəlxalq elmi konfransda çıxışı zamanı bildirib ki, 993 təhsil müəssismiz də erməni vəhşiliyinin qurbanı olub – dağıdılıb, o cümlədən 74 məscid, 800-dən çox qəbiristanlıq  da  məhv edilib.

Göründüyü kimi, Azərbaycan Ermənistanın işğalı nəticəsində həm çoxsaylı insan itkisinə məruz qalıb,  həm də kənd və şəhərləri, həmin ərazilərdə fəaliyyət göstərən bütün müəssisələri ermənilər tərəfindən məhv edilib.

Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb edilməsi isə mümkündür. Ermənistan törətdiyi bu vəhşiliklərə görə mütləq cavab verməlidir .

 

Y.MƏMMƏDLİ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!