14 Oktyabr 2025 / 08:57

Benzin satanlara şad xəbər: Bakıda…

Rəhmətlik Lenin deyirmiş: “Yollardakı tıxac proletar benzinsatanların qaz vurub qazan doldurmasının açarıdır…”. Rəhmətlik sağ olsaydı, bu siyahıda AYNA və benzinsatanlarımızı ilk onluğa daxil edərdi. Niyə? Çünki illərdən bəri Bakının bir sıra yollarında tıxac yaranır, heç kim tədbir görmür, çünki bu tıxaclar bəzilərinin qazanc mənbəyidir. Bir zamanlar həftəyə 10-20 litr benzin yandıranlar indi 100-200 litrlə canını birtəhər qurtara bilər. Məsələn, bu dəqiqələrdə DİN- nin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlmat yayıb ki, hazırda Bakının 15 prospekt və yollarında tıxacdır. Yəni, bunun Azərbaycan dilində açması odur ki, bu gün benzin satmağın ən səmərəli vaxtıdır. Bu da həmin tıxaclı yolların siyahısı:

1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

2. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından “20 Yanvar” metro stansiyası istiqamətində;

3. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

4. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

5. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;

6. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

7. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

8. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

9. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

10. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

11. Mikayıl Müşfiq küçəsi, “Badamdar” dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;

12. Babək prospekti, mərkəz istiqamətində;

13. Aeroport şosesi, “Koroğlu” metro stansiyası istiqamətində;

14. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində;

15. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.

XXX

Siyahıya baxanda, məlum olur ki, Bakı artıq tıxaca dirənib, hər yer benzin yandırmaq üçün ən münbit yerdir… Odur ki, tıxaca düşmək istəmirsinizsə, evdən çıxmayın. Evdən çıxdınızsaş Leninin o müdrik kəlamını xatırlayıb AYNA- nın daraltdığı yolları və parklama məntəqələrini unutmayın! Qısası, əliniz cibinizdə olsun… Cibinizdə siçan oynasa da…

Asif MƏRZİLİ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!