15 Oktyabr 2025 / 09:09

İsrail Qəzzada 4 girovun qalıqlarını qəbul edib

Qəzza zolağındakı İsrail hərbçiləri Beynəlxalq Qızıl Xaç Komitəsindən girovların qalıqlarının olduğu 4 tabut alıblar.

Tezadlar.az xəbər verir ki, bu barədə İsrailin baş naziri Binyamin Netanyahunun ofisi məlumat yayıb.

İdarənin məlumatına görə, hərbçilər hazırda qalıqları İsrailə aparır və orada şəxsiyyətlərinin müəyyən edilməsi üçün Milli Məhkəmə Ekspertizası Mərkəzinə təhvil veriləcək. “İdentifikasiya başa çatdıqdan sonra rəsmi açıqlama veriləcək”, – İdarədən əlavə ediblər.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!