Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu ilin 9 ayı ərzində qanunsuz dövriyyədən 4 ton 663 kiloqram narkotik vasitə çıxarılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 582 kiloqram çoxdur.
Tezadlar.az xəbər verir ki, bu rəqəmlər Daxili İşlər Nazirliyində keçirilən Kollegiya iclasında səsləndirilib.
Xüsusilə, cinayətkar qruplaşmaların internet resurslarından istifadə etməklə narkotik satışına cəhdlərinin qarşısının alınması istiqamətində fəaliyyətin səmərəsinin artırılması barədə konkret tapşırıqlar verilib.
Bununla yanaşı, informasiya texnologiyalarından istifadə edilməklə törədilən cinayətlərin açılması və belə əməllərə yol verən şəxslərin məsuliyyətə cəlb olunması işinin gücləndirilməsi, eləcə də maarifləndirmə və təbliğat materiallarının müasir tələblərə uyğun hazırlanaraq ictimaiyyətə çatdırılması zəruri sayılıb.