Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

DİN-də vətəndaş müraciətlərinə baxılmasına nəzarət daha da gücləndirilir.
Tezadlar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində keçirilən Kollegiya iclasında vətəndaş məmnunluğunun artırılması istiqamətində görülən işlər haqqındakı müzakirədə qeyd edilib.
Qeyd olunub ki, əsas vəzifələrdən biri vətəndaş məmnunluğunun təmin edilməsidir. Bu mühüm məsələdə polisin hər zaman insanların güvən yeri olduğunu vurğulayan daxili işlər naziri, ərazi orqanlarının rəislərinə vətəndaş müraciətlərinə bundan sonra da həssaslıqla yanaşmağı, bütün araşdırmaların keyfiyyətlə aparılmasını və qaldırılan məsələlərin qanuni və operativ həlli üçün səylərin gücləndirilməsini tapşırıb.
Həmçinin, bu sahəyə məsuliyyətin daha da artırılmasının vacibliyi xüsusi qeyd edilib.