Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Moskva Vaşinqtona Kiyevə silah göndərməsini dayandırması tələbi ilə nota verib.
Tezadlar.az “Ria Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirib. “Vaşinqtondan Kiyevə 800 milyon dollar, məhz bu məbləğdə silah veriləcək. Bu böyük rəqəmdir və situasiyanın diplomatik həlli yollarına töhfə vermir. Nota vermişikmi? Bəli, biz ABŞ-ın Ukraynanı təpədən-dırnağa silahlandırmasının qəbuledilməz olduğunu vurğuladıq. Biz bu praktikanın dayandırılmasını tələb etdik”, – səfir vurğulayıb.
Rusiya nota verib, öz yerində. Amma Ukraynadakı niyyətindən nədənsə danışmır. Ukrayna işğal edilməkdədir və bunun nəticəsi notalıq deyil, beynəlxalq hərbi cinayətdir…
A.Məmmədli