Əsas məzmuna keç

RUSİYA UKRAYNANI İŞĞAL ETMƏSİNDƏN YOX, ABŞ-IN SİLAH GÖNDƏRMƏSİNDƏN DANIŞIRSA…

Moskva Vaşinqtona Kiyevə silah göndərməsini dayandırması tələbi ilə nota verib.

Tezadlar.az “Ria Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirib. “Vaşinqtondan Kiyevə 800 milyon dollar, məhz bu məbləğdə silah veriləcək. Bu böyük rəqəmdir və situasiyanın diplomatik həlli yollarına töhfə vermir. Nota vermişikmi? Bəli, biz ABŞ-ın Ukraynanı təpədən-dırnağa silahlandırmasının qəbuledilməz olduğunu vurğuladıq. Biz bu praktikanın dayandırılmasını tələb etdik”, – səfir vurğulayıb.

Rusiya nota verib, öz yerində. Amma Ukraynadakı niyyətindən nədənsə danışmır. Ukrayna işğal edilməkdədir və bunun nəticəsi notalıq deyil, beynəlxalq hərbi cinayətdir…

A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…