21 Oktyabr 2025 / 20:23

Şəkidə ağır qəza: 3 ölü, 2 yaralı

Şəkidə ağır yol qəzası nəbaş verib.

Tezadlar.az xəbər verir ki, oktyabrın 21-də saat 18 radələrində Şəki rayonu, Oraban kəndi ərazisində “KİA” və “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə 3 nəfər hadisə yerində ölüb, 2 nəfər isə yaralanıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!