22 Oktyabr 2025 / 07:35

Malaysia Airlines sərnişini təyyarədə depressurizasiyanın dəhşətini danışır

Malayziya Hava Yollarının sərnişini Əbdül Cəlil Buyanq təyyarənin salonunda qəflətən təzyiqin düşməsi nəticəsində bir neçə dəqiqəlik dəhşət yaşayıb.

Tezadlar.az xəbər verir ki, bu barədə “The Borneo Post” məlumat yayıb.

O, Kuala-Lumpurdan Bintuluya uçurdu.

“Özümü tamamilə çarəsiz hiss etdim… Əlimdən gələn tək şey kiçik plastik maska ​​ilə nəfəs alıb dua etmək idi”, – o deyib.

Əbdül Cəlil Buyanq qeyd edib ki, təyyarə təcili eniş edərkən sərnişinlər bir oksigen maskasını üç nəfər arasında paylaşmağa məcbur olublar. O, həmin an ailəsi ilə səssizcə vidalaşdığını, hətta onlar üçün vida videosu da çəkdiyini bildirib.

Hadisə təxminən 10 min metr yüksəklikdə baş verib. Sərnişinlər qəribə səslər eşidiblər, bundan sonra təcili oksigen təchizatı sistemi işə salınıb. Ekipaj təyyarəni stabilləşdirərək Bintulu hava limanına təhlükəsiz endirməyə nail olub.

Aviaşirkət nümayəndələri fövqəladə vəziyyətin səbəblərini hələlik şərh etməyiblər.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!